Dünyanı bürüyən koronavirusun yeni dalğası artıq Milli Basketbol Assosiasiyasının planlarına da mənfi təsir göstərib.
Bu mövsüm ilk dəfə virus səbəbindən bəzi oyunlar təxirə salınıb. Amerika mətbuatının məlumatına görə, İllinoys ştatında epidemioloji vəziyyətin ağırlaşması səbəbindən “Çikaqo Bullz”un “Detroyt Pistons” və “Toronto Raptors”la oyunları təxirə salınıb. Bununla yanaşı, komandanın üzvləri arasında da virusa yoluxanların sayı artıb. Məsələ ondadır ki, qarşıdakı oyunlarda çikaqolular meydana çıxarmağa 8 basketbolçu tapmayıb. Hazırda İllinoys klubunun oyunçuları karantinə alınıb.